Bakı şəhəri, Vladislav Plotnikov 6

Google my biznesdə yaranan problemlər

Google my businessdə ümumi problem yaranıb. – Google bir çox şirkətlər üçün rəyləri göstərməyi dayandırıb.

Son günlər yerli və xarici bazarda mütəxəssislər şikayətlənirlər ki, Google my biznesdə istifadəçilər rəylər yazırlar, lakin onlar lokal axtarışda və xəritədə görünmür. Profildəki rəylərin tamamilə itməsi barədə də məlumatlar var. Supporta yazırlar, support isə deyir gözləyin, texniki problemdir, 5 iş gününə düzələcək. Amma çox vaxt düzəlmir. Müddət uzanaraq gedir.

Google əməkdaşı Ceyson Braun məşhur forumda da şikayətlərdən birinə cavab verərək, Google-un problemdən xəbərdar olduğunu bildirib:
“Bu texniki problem bizə məlumdur və Google hazırda onu araşdırır. Bunun nə vaxt həll olunacağı ilə bağlı hələlik məlumat yoxdur”.

Google fevralın 24-dən etibarən Ukrayna, Rusiya və Belarusiyada fotoşəkillər, videolar, rəylər və biznes məlumatları kimi istifadəçi tərəfindən yaradılan məzmunu, eləcə də xəritələrə əlavə edilən bütün yerləri silib. Bu barədə Help-də məlumat verilib. Böyük ehtimal bu problem müharibə bitəndən sonra aradan qaldırılacaq.